“Araz-Naxçıvan” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununda macarıstanlı “Uypeşt” üzərində 5:4 hesabı ilə qələbə qazanıb.
Görüşdə Naxçıvan təmsilçisinin heyətindən Oktay Rüstəmli het-trik vurub. Komandanın digər iki qolunu isə Fərid Ələkbərov və Kənan Manafov qeydə alıb.
“Araz-Naxçıvan” turnirdəki növbəti qarşılaşmasını sabah Bosniya və Herseqovina çempionu “Buba Mara” ilə keçirəcək. Oyun saat 17:30-da start götürəcək.
Həmçinin oxuyun: Sabah UEFA Çempionlar Liqasında ilk qələbəsini qeydə alıb
