Azərbaycanda Mərkəzi Bankın İri Məbləğli Ödənişlər üzrə Hesablaşma Sisteminin (AZİPS) üzərindən aparılan əməliyyatların ümumi həcmi ötən il ərzində 36 faiz artıb.
Artım banklararası və müştəri ödənişlərinin sistem üzərindən daha intensiv keçirilməsi ilə bağlıdır. AZİPS Azərbaycanda real vaxt rejimində iri məbləğli ödənişlərin həyata keçirildiyi əsas hesablaşma infrastrukturudur.
Sistem bank və digər maliyyə qurumları arasında təcili və böyük həcmli pul köçürmələrinin təhlükəsiz və operativ şəkildə icrasını təmin edir. Göstəricinin artması ölkədə qeyri-nağd hesablaşmaların genişlənməsi fonunda baş verib.
