İqtisadi Observatoriya üçün Azərbaycan-İspaniya sazişi
carci.news
Texnologiya və İKT

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Observatoriya üzrə saziş imzalayıb

Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında ölkədə İqtisadi Observatoriya yaradılmasına dair çərçivə sazişi imzalanıb. Sənəd iqtisadi şaxələndirmə və rəqabət qabiliyyəti mövzularında birgə tədqiqatlara yol açır.

Sazişi iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və IE Universitetinin icraçı prezidenti Santyaqo İniqes Onsono imzalayıblar. Razılaşma tərəflər arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyur.

Sənədə əsasən, yaradılacaq İqtisadi Observatoriya məhsuldarlığın yüksəldilməsi və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə ortaq elmi-analitik işlər aparacaq. Bundan əlavə, dövlət qurumları, biznes nümayəndələri və akademik mühit arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

Gözlənilir ki, qurumun fəaliyyəti çərçivəsində ölkənin iqtisadi inkişaf tendensiyaları izlənəcək, gələcək artıma təsir edə biləcək amillər araşdırılacaq. Eyni zamanda mütəmadi monitorinq işləri və digər ölkələrlə müqayisəli təhlillər aparılması planlanır.

Tədqiqatların mövzu dairəsi Azərbaycanın iqtisadi prioritetləri ilə IE Universitetinin akademik potensialı birgə nəzərə alınmaqla formalaşdırılacaq.

İspaniyada fəaliyyət göstərən IE Universiteti bakalavr, magistr və doktorantura pillələri üzrə, həmçinin menecerlər üçün xüsusi proqramlar təklif edir. Ali məktəbin işi təhsil, elmi tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq sahələrini əhatə edir.

Related posts

Azərbaycan Qlobal İnnovasiya İndeksində 85-ci yerə yüksəlib

Editor

Google SynthID Detector alətini bütün istifadəçilər üçün açdı

Editor

Sənaye müəssisələri proqram təminatına 2 milyon manatdan çox xərcləyib

Editor

Şərh yazın

IP geolocation by DB-IP