Azərbaycanda lak-boya istehsalı 30,8 faiz artıb
carci.news
Biznes və investisiya

Azərbaycanda lak-boya istehsalı 9 ayda 30,8 faiz artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 39 min 678 ton lak-boya məmulatı istehsal olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 30,8 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, oktyabrın 1-nə ölkədə hazır lak-boya məhsulunun ehtiyatı 380,2 ton təşkil edib.

Komitənin əvvəlki hesabatlarına görə, 2025-ci ildə Azərbaycanda cəmi 43 min 479 ton lak-boya məmulatı istehsal edilmişdi. Bu göstərici 2024-cü illə müqayisədə 0,4 faiz artım demək idi.

Related posts

Azərbaycanda metanol istehsalı 9 ayda 25,2 faiz azalıb

Editor

Xalça istehsalı doqquz ayda 61 dəfədən çox yüksəlib

Editor

Bakıda İkinci Beynəlxalq İnvestisiya Forumu öz qapılarını açdı

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP