Əhəng istehsalı 9 ayda 77 faiz artıb - son məlumat
carci.news
Biznes və investisiya

Azərbaycanda əhəng istehsalı 9 ayda 77 faiz artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 29,9 min ton əhəng istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 77 faiz çoxdur.

Komitənin verdiyi məlumata əsasən, oktyabrın 1-nə ölkədə hazır əhəng məhsulunun ehtiyatı 8,5 min ton səviyyəsində olub.

İllik göstəricilərə nəzər salsaq, 2025-ci ildə Azərbaycanda cəmi 21,6 min ton əhəng istehsal edilib, bu isə 2024-cü illə müqayisədə 47 faiz aşağı nəticə sayılır. Beləliklə, bu ilin doqquz aylıq göstəricisi artıq ötən ilin bütün illik istehsalını üstələyib.

Related posts

Improtex Group Bakıda 7-ci BMW Motorrad mağazasını açdı

Editor

Unicapital-ın baş direktor müavini Tələt Qalayev AHK Azərbaycan-da işçi qrupunun sədr müavini oldu

Editor

Qara metal qırıntılarının ixracına 100 dəfəlik rüsum artımı tətbiq olunur

Editor

Şərh yazın

IP geolocation by DB-IP