Kənd məktəblərinə gənc müəllimlərə 20,9 mln manat
carci.news
Əsas xəbərlərTəhsil

Kənd məktəblərinə gedən gənc müəllimlərə 20,9 milyon manat ayrılacaq

2027-ci il dövlət büdcəsinin layihəsinə görə, kənd rayonlarındakı məktəblərdə işləməyə başlayan gənc müəllimlərin həvəsləndirilməsi üçün 20,9 milyon manat nəzərdə tutulub. Vəsait 12,6 mindən çox gənc mütəxəssisi əhatə edəcək.

Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2027-ci ilin dövlət büdcəsi layihəsi müzakirə edilərkən gündəmə gəlib. Komitəyə təqdim olunan materiallarda bildirilib ki, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirən gənc mütəxəssislərin kənd məktəblərinə cəlb olunması üçün müvafiq maliyyə dəstəyi planlaşdırılır.

Ayrılacaq 20,9 milyon manat gənc müəllimlərin yaşadıqları yerdən iş yerinə köçməsi ilə bağlı yol və əşya daşınması xərclərinin ödənilməsinə yönələcək. Həmçinin bu vəsait hesabına onlara ilkin məişət şəraitinin qurulmasında dəstək göstəriləcək.

Sənədə əsasən, vəsaitin bir hissəsi kommunal xidmət haqlarının və yaşayış sahəsinin kirayəsinin kompensasiyasına xərclənəcək. Bundan əlavə, kənd rayonlarında çalışan gənc mütəxəssislərin aylıq əməkhaqqına da əlavə ödənişlər ediləcək.

Related posts

Məktəblərdə 200-ə yaxın zərərli kontentli səhifəyə giriş bağlanıb

Editor

Baş prokuror Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Editor

Azərbaycan 2060-cı ilə qədər karbon neytrallığı planını rəsmiləşdirib

Editor

Şərh yazın

IP geolocation by DB-IP