2027 büdcəsində vergi güzəştlərinin müddəti uzadılır
carci.news
Maliyyə və bank

2027-ci il büdcəsində vergi güzəştlərinin müddəti uzadılacaq

“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, real sektorun inkişafını dəstəkləyən vergi güzəştləri və azadolmalarının müddəti uzadılacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan sənəddə öz əksini tapıb.

Layihəyə görə, vergi siyasətinin əsas istiqamətlərindən biri biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla qurulmasıdır. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafına töhfə vermək məqsədilə nəticəyönümlü yeni vergi güzəştlərinin müəyyən edilməsi də nəzərdə tutulur.

Sənəddə həmçinin vergi gəlirlərinin dayanıqlılığının təmin olunması məsələsinə də yer verilib. Bu baxımdan vergitutma bazasının genişləndirilməsi və vergitutma obyektlərinin daha dəqiq müəyyənləşdirilməsi prioritet istiqamət kimi göstərilib.

Qanun layihəsinə əsasən, uçot, hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi də planlaşdırılır.

Həmçinin oxuyun: Texnopark rezidentlərinə vergi güzəştləri 20 ilədək uzadılıb | Startaplara 10 illik vergi tətili: İRİA rəhbəri yeni güzəştləri açıqladı

Related posts

Azərbaycanın xarici ticarət profisiti 9 ayda təxminən 6 dəfə artıb

Editor

Mərkəzi Bank “Mobile Payment Solutions” şirkətinə icbari göstəriş verib

Editor

Gürcüstandan xarici köçürmələrdə Azərbaycan birinci sıraya yüksəlib

Editor

Şərh yazın

IP geolocation by DB-IP