Sabunçuda süd sexinin fəaliyyəti dayandırılıb
carci.news
Sağlam həyat

Sabunçuda süd emalı müəssisəsinin işi dayandırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakının Sabunçu rayonundakı fiziki şəxs Aysel Cümşüdovaya məxsus süd emalı müəssisəsində növbədənkənar yoxlama aparıb. Aşkarlanan pozuntulara görə obyektin fəaliyyəti dayandırılıb.

Növbədənkənar yoxlama Bakıxanov qəsəbəsində, B.Bünyadov küçəsi 14 ünvanında fəaliyyət göstərən süd məhsulları istehsalı obyektində keçirilib. Agentliyin açıqlamasına əsasən, müəssisə hər hansı rəsmi təsdiq prosedurundan keçmədən işləyib, sanitariya-gigiyena şəraiti normaya uyğun olmayıb, istehsal prosesində isə lazımi temperatur rejiminə riayət edilməyib.

Yoxlama zamanı istehlakçıları çaşdıran bir sıra hallar da qeydə alınıb. Belə ki, tərkibində qaymaq olmayan bir məhsulun üzərində “Qaymaqlı şor” yazısı yer alıb. Bundan əlavə, Bakıda istehsal edilən bəzi məhsullara “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” kimi başqa bölgələrə aid adlar verilib.

Başqa istehsalçıların etiketləri və yararsız mallar

Müəssisədə Çinar, Cantəpə, Fermer.V.D, İvanuşka, Fermer və Emay kimi müxtəlif istehsalçıların ticarət nişanları olan etiketlər aşkarlanıb. Bununla yanaşı, kif tutmuş süd məhsulları və son istifadə tarixi keçmiş mallar da aşkar edilib.

Baş vermiş pozuntular əsasında müvafiq inzibati protokol rəsmiləşdirilib, süd məhsullarından götürülmüş nümunələr laboratoriya analizi üçün göndərilib. Yararsız hesab olunan məhsulların və qanunsuz etiketlərin ləğv edilməsi qərara alınıb. Obyektin işi isə aşkarlanan nöqsanlar tam aradan qaldırılana kimi dayandırılıb.

Related posts

Nazirlik: Hipertenziya dərmanları 2027-ci ildən sığorta təminatına düşəcək

Editor

Plastikin tərkibindəki maddə yumurtalıqda follikullardan kənar hüceyrələrə də zərər verir

Editor

Cabbarlı: Almaniyada çalışan azərbaycanlı həkimlərin sayı sürətlə artır

Editor

Şərh yazın

IP geolocation by DB-IP