Əmtəəlik səmt qazı hasilatı 7,8 faiz artıb
carci.news
Enerji

Azərbaycanda səmt qazının əmtəəlik hasilatı 7,8 faiz artıb

Cari ilin yanvar-sentyabrında Azərbaycanın neft yataqlarından hasil edilən səmt qazının 3 183,12 milyon kubmetri əmtəəlik məhsul kimi qeydə alınıb, bu da bir il əvvəlki göstəricini 7,8 faiz üstələyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, doqquz ayda ölkənin neft yataqlarından ümumilikdə 11 675,95 milyon kubmetr səmt qazı hasil edilib. Bu rəqəm illik müqayisədə 4,1 faiz artım deməkdir.

Hasil edilən qazın bir hissəsi əmtəəlik məhsul kimi hesaba alınır. Hesabat dövründə bu göstərici 3 183,12 milyon kubmetrə çatıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 7,8 faiz çoxdur.

Keçən il ərzində isə Azərbaycanın neft yataqlarından 15 416,22 milyon kubmetr səmt qazı hasil edilmişdi, bu da illik kəsimdə 2,1 faizlik artımı göstərirdi. Həmin dövrdə hasil olunan qazın 4 022,57 milyon kubmetri əmtəəlik məhsulun payına düşmüşdü, illik ifadədə artım isə 5,33 faiz təşkil etmişdi.

Related posts

Goldman Sachs müharibə riskləri ucbatından Brent proqnozunu 105 dollara qaldırdı

Editor

Moskva dizel yanacağı ixracındakı qadağanı qismən aradan qaldırdı

Editor

IEA: Azərbaycan qazının TAP ilə ixracı qışda sabit qalacaq

Editor
IP geolocation by DB-IP