Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb
carci.news
Şahmat

Nərmin Abdinova 18 yaşadək qızlar arasında Avropa çempionu olub

Azərbaycanlı şahmatçı Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaş qrupları üzrə Avropa çempionatında 18 yaşadək qızlar arasında qızıl medal qazanıb. O, turnirdə bütün görüşlərini qələbə ilə başa vurub.

Azərbaycan Şahmat Federasiyasının yaydığı məlumata görə, Nərmin Abdinova VIII turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsinə imza atıb. Bu nəticə ilə yarışın sonuncu turunun gedişindən asılı olmayaraq ona Avropa çempionluğu təmin olunub.

Beləcə, Abdinova turnirdə iştirak etdiyi bütün partiyalarda qalib gələrək yüzfaizlik göstərici ilə birinci yerə yüksəlib.

Azərbaycanın 18 yaşadək qızlar arasında bu titula sonuncu dəfə sahiblənməsi 2014-cü ilə təsadüf edir — o zaman Gürcüstanın Batumi şəhərində keçirilən yarışda qızıl medalı Ülviyyə Fətəliyeva qazanmışdı.

8-18 yaş qrupları üzrə Avropa çempionatı noyabrın 12-də başa çatacaq.

Related posts

Timur Turlov FIDE-nin yeni prezidenti seçilib

rashadamiraliyev

Abdinova Hersonissosda qızlar arasında tam xalla birinciliyi qoruyur

Editor

Gəncədə 180 şahmatçının qatıldığı “Gəncə Open – 2026” turniri start götürdü

Editor
IP geolocation by DB-IP