Türkər Əliyevaya ittiham: iki yeni maddə əlavə olundu
carci.news
Hadisələr

Türkər Əliyevaya iki əlavə maddə üzrə də ittiham irəli sürülüb

General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva barəsində külli miqdarda dələduzluqla yanaşı, cinayətə təhrik və vəzifə saxtakarlığı maddələri üzrə də ittiham qaldırılıb. İşə Sumqayıt Şəhər Prokurorluğu baxır.

Türkər Əliyeva barəsində dələduzluq ittihamı torpaq sahəsinin sənədləşdirilməsinə kömək edəcəyini vəd edərək bir şəxsdən xeyli məbləğdə pul aldığı iddiası ilə bağlıdır. Şikayətçinin müraciətindən sonra başlanan araşdırma nəticəsində o, gecə saatlarında saxlanılaraq istintaqın nəzarətinə götürülüb.

Saxlanılarkən o, xüsusilə külli miqdarda dələduzluqda (Cinayət Məcəlləsinin 178.4-cü maddəsi, 500 min manatdan çox ziyan, 10 ildən 14 ilədək həbs) və nüfuz alverində şübhəli bilinirdi. Sumqayıt Şəhər Prokurorluğunda isə ona 178.3.2-ci maddə (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə yanaşı, 32.4-cü maddə (başqa şəxsi hədə-qorxu və ya digər üsullarla cinayətə sövq etməklə iştirakçılıq) və 313-cü maddə (vəzifə saxtakarlığı) ilə ittiham elan edilib.

Əliyeva Sumqayıt Şəhər Məhkəməsinə gətirilib və hakim qarşısına çıxarılması gözlənilir. Məlumata görə, sağlamlığının pisləşməsi səbəbindən ona təcili tibbi yardım çağırılıb.

Atasının əvvəlki vəzifələri və keçmiş qalmaqallar

Türkər Əliyevanın atası Natiq Əliyev vaxtilə Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubuna rəhbərlik edib, daha sonra isə eyni nazirliyin Tibb xidmətinin rəisi vəzifəsini tutub.

General-mayorun qızı son dövrlərdə bir sıra mübahisəli hadisələrlə gündəmə gəlib. Bir müddət əvvəl o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi və bir əməkdaşının ona qarşı qanunsuzluq və təhqirlərə yol verdiyini iddia etmişdi. Sonradan həmin idarə rəisi vəzifəsindən azad edilib.

Related posts

Bakıda virtual qumarxana şəbəkəsi zərərsizləşdirildi: milyonluq əməliyyatlar aşkarlandı

Editor

Dubaydan Tel-Əvivə uçan flydubai reysi pilotlar arasında dava səbəbindən Səudiyyə Ərəbistanına yönləndirilib

Editor

Bu il velosipedçilərin iştirakı ilə 16 qəza baş verib, 9 nəfər ölüb

Editor
IP geolocation by DB-IP