Grand Agro şirkətinin “Olivea Extra Virgin Olive Oil” məhsulu FoodExpo Qazaxıstan 2026 sərgisi çərçivəsində keçirilən Peşəkar Dequstasiya Keyfiyyət Müsabiqəsində mükafata layiq görülüb.
Məhsul peşəkar ekspert komissiyası tərəfindən orqanoleptik göstəricilər – dad, qoxu və görünüş kimi keyfiyyət xüsusiyyətləri – əsasında qiymətləndirilib.
Şirkətdən bildirilib ki, bu nəticə Grand Agro-nun keyfiyyət, təbiilik və davamlı inkişaf prinsiplərinə sadiqliyinin növbəti göstəricisidir.
