Azərbaycanda işsizlərin sayı 251,2 min nəfərə çatıb
carci.news
AMB: Azərbaycanda qeydiyyatdakı işsizlərin sayı 251,2 min nəfərə çatıb
Maliyyə və bank

AMB: Azərbaycanda qeydiyyatdakı işsizlərin sayı 251,2 min nəfərə çatıb

Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatına görə, bu il oktyabrın 1-nə ölkədə 251,2 min nəfər işsiz kimi qeydiyyatda olub, bu da bir il əvvəlki göstəricidən 1,1 faiz çoxdur.

Məlumat Mərkəzi Bankın 9 aylıq “Pul Siyasəti İcmalı” sənədində yer alıb. Müqayisə 2025-ci il oktyabrın 1-nə olan göstərici ilə aparılıb.

Sənəddə həmçinin real sektorun monitorinqi çərçivəsində keçirilən sorğunun nəticələrinə istinad olunub. Bu sorğuya görə, sentyabr ayında məşğulluq gözləntiləri qeyri-neft-qaz sənayesinin bir sıra sahələrində müsbət olub.

Belə sahələr arasında plastik məmulatların istehsalı, metallurgiya və tikinti materialları istehsalı xüsusi qeyd olunub.

Related posts

Bank of Baku 9 ayda xalis mənfəətini 27 milyon manata çatdırıb

Editor

AMB daha bir sığorta agentinin lisenziyasını ləğv edib

Editor

Dövlət büdcəsində 9 ayda 3,96 milyard manat profisit yaranıb

Editor
IP geolocation by DB-IP