Azərbaycanda kirayə qiymətləri 5,7 faiz artıb
carci.news
Maliyyə və bank

Kirayə qiymətləri sentyabrda illik 5,7 faiz artıb

Azərbaycanda kirayə mənzil qiymətləri sentyabr ayının yekununda ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz bahalaşıb. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) məlumat yayıb.

AMB-nin 9 aylıq “Pul Siyasəti İcmalı”na görə, kirayə qiymətləri avqust ayının sonu ilə müqayisədə də 1,9 faiz artım göstərib. Beləliklə, kirayə bazarındakı bahalaşma həm illik, həm də aylıq kəsimdə davam edib.

İcmalda tikinti növü üzrə də fərqli rəqəmlər göstərilib. Yeni tikilən binalarda kirayə haqqı aylıq əsasda 3,1 faiz, köhnə binalarda isə 1,1 faiz yüksəlib.

Beləliklə, yeni tikili mənzillərdə qiymət artımı köhnə fondla müqayisədə daha sürətli olub.

Related posts

Vergi Məcəlləsinə düzəliş: ağıllı saat da mobil cihaz sayılacaq

Editor

SOFAZ-ın aktivləri sentyabrda 1,45 milyard dollar azalıb

Editor

EBRD Veysəloğlu Şirkətlər Qrupuna 126 milyon manatlıq kredit nəzərdən keçirir

Editor
IP geolocation by DB-IP