Kənan Nəsibov Zaqrebdə qızıl medal qazandı
carci.news
Güləş və döyüş idmanı

Kənan Nəsibov: Hədəfim dünya və olimpiya çempionu olmaqdır

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Qran-pri turnirində +100 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan cüdoçusu Kənan Nəsibov karyerasının əsas məqsədinin dünya və olimpiya çempionluğu olduğunu bildirib.

22 yaşlı idmançı final görüşündə Almaniya təmsilçisi Losseni Koneni məğlub edərək turnirin qalibi olub. Kənan Nəsibov “Report” agentliyinə açıqlamasında Zaqrebə məhz çempionluq niyyəti ilə gəldiyini və bu məqsədə çatdığını deyib.

İdmançının sözlərinə görə, son 2-3 ildə ağır çəki dərəcəsində rəqabət xeyli güclənib. O qeyd edib ki, hazırda dünya reytinqinin ilk iyirmiliyində Azərbaycanı təmsil edən üç cüdoçu yer alır.

Kənan Nəsibov 2026-cı ili özü üçün uğurlu il adlandırıb. Bildirib ki, bu il Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində və U-23 Avropa çempionatında qızıl medal qazanıb, Bakıda böyüklər arasında təşkil olunan dünya çempionatında isə üçüncü yerə yiyələnib.

Onun sözlərinə görə, ağır çəki dərəcəsində bu nəticələrə qədər Azərbaycanda heç bir cüdoçu nail ola bilməyib. İdmançı əldə etdiyi uğurlara görə ailəsinə, məşqçi heyətinə və Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib.

Related posts

Gənc güləşçilərimiz Dakarda komanda birinciliyini qazanıb

Editor

Heydərov Əbu-Dabidəki cüdo turnirində 73 kq-da üçüncü olub

Editor

Cüdoçu Əhməd Yusifov dünya çempionu adını qazanıb

Editor
IP geolocation by DB-IP