Büdcə gəlirlərinin 47 faizi Vergi Xidmətindən daxil olacaq
carci.news
Maliyyə və bank

Maliyyə naziri: büdcə gəlirlərinin 47 faizi Vergi Xidməti vasitəsilə yığılacaq

Maliyyə naziri Sahil Babayev bildirib ki, 2027-ci il dövlət büdcəsinin 39,3 milyard manatlıq gəlirlərinin 18,4 milyard manatı, yəni 47 faizi Dövlət Vergi Xidməti kanalı ilə daxil olacaq. Bu, cari illə müqayisədə 1,5 milyard manat və ya 9 faiz çoxdur.

Sahil Babayev bu barədə Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlama verib. Onun sözlərinə görə, Vergi Xidməti xətti ilə proqnozlaşdırılan 18,4 milyard manatın 14,9 milyard manatı qeyri-neft sektorundan, 3,6 milyard manatı isə neft-qaz sektorundan təmin olunacaq.

Nazirin məlumatına əsasən, 2027-ci il üçün dövlət büdcəsinin ümumi gəlirləri 39,3 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilə nisbətən 645 milyon manat və ya 1,7 faiz çoxdur. Gəlirlərin 23,8 milyard manatı (60,6 faiz) qeyri-neft sektorunun, 15,5 milyard manatı (39,4 faiz) isə neft-qaz sektorunun payına düşür.

Qeyri-neft sektoru üzrə daxilolmaların 1,6 milyard manat (7,2 faiz) artacağı gözlənilir. Əksinə, neft-qaz sektoru üzrə daxilolmalar 955 milyon manat (5,8 faiz) azalacaq. Sahil Babayev bunun əsas səbəbini Dövlət Neft Fondundan ayrılan transferin 550 milyon dollar (935 milyon manat) azaldılması ilə izah edib. Onun sözlərinə görə, qeyri-neft gəlirlərindəki artım hesabına transferin kiçildilməsi uzunmüddətli perspektivdə makroiqtisadi sabitlik üçün ehtiyat yaratmağa imkan verəcək.

Gömrük və Neft Fondundan daxilolmalar

Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə təxminən 6,9 milyard manat, yəni ümumi gəlirlərin 17,5 faizi həcmində vəsait daxil olacağı nəzərdə tutulub. Dövlət Neft Fondundan transferin məbləği isə 11,9 milyard manat, yaxud büdcə gəlirlərinin 30,3 faizi olaraq planlaşdırılır.

Büdcə gəlirlərinin digər hissəsini dövlət müəssisələrindən gələn dividendlər (872 milyon manat), ödənişli xidmətlərdən daxilolmalar (949 milyon manat) və sair gəlirlər (484 milyon manat) təşkil edəcək. Nazirin bildirdiyinə görə, dividendlər üzrə daxilolmalar cari illə müqayisədə 45,3 faiz artacaq.

Həmçinin oxuyun: Vergi Xidməti doqquz ayda büdcəyə 13,6 milyard manat köçürüb

Related posts

Milli Məclis Mərkəzi Bankın nəzarət səlahiyyətlərini genişləndirən layihəni dəstəklədi

Editor

Bloomberg platformasında banklararası əqdlər 57,6 mlrd manata yüksəlib

Editor

Dövlət büdcəsinin sosialyönümlü xərcləri 12,6 milyard manata çatıb

Editor
IP geolocation by DB-IP