U-19 millimiz Farer adaları üzərində qələbə qazandı
carci.news
Futbol

U-19 millimiz Farer adalarını səfərdə 2:0 məğlub edib

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda Farer adaları üzərində səfər qələbəsi qazanıb. Bu, komandanın II raunddakı ilk qələbəsidir.

Qarşılaşmada hesabı 16-cı dəqiqədə Ümid Səlimov açıb. İkinci qol isə 67-ci dəqiqədə 11 metrlik cəza zərbəsindən Mustafa Kamaranın icrasında qeydə alınıb. Oyun 2:0 hesabı ilə başa çatıb.

U-19 millimiz II raundun əvvəlki oyunlarında uğursuz nəticələr göstərmişdi. Komanda Monteneqro yığmasına 2:7 hesabı ilə, Serbiyaya isə 0:4 hesabı ilə məğlub olmuşdu.

Beləliklə, Farer adaları üzərində qələbə U-19 millimizin cari seçmə turunda qazandığı ilk qalibiyyət olub.

Related posts

Azərbaycan A millisi Tacikistanı 1:0 hesabı ilə məğlub edib

rashadamiraliyev

Türkiyədə futbol hakimlərinə dair araşdırmada tutulanlar var

Editor

Sabah UEFA Çempionlar Liqasında ilk qələbəsini qeydə alıb

Editor
IP geolocation by DB-IP