Tahir Abdullayev UFC Qətərdə qələbə qazanıb
carci.news
Güləş və döyüş idmanı

Tahir Abdullayev UFC Qətərdə ikinci qələbəsini qazanıb

Azərbaycanlı döyüşçü Tahir Abdullayev Dohada keçirilən UFC Qətər turnirində avstraliyalı rəqibi Ceyk Metyuzü məğlub edib. Bu, idmançının UFC karyerasında ikinci qələbəsidir.

Qarşılaşma turnirin ilkin kartında baş tutub. Üç raund davam edən döyüşdən sonra hakimlər yekdilliklə Tahir Abdullayevi qalib elan edib. Hakimlərdən ikisi görüşə 30–27, üçüncüsü isə 29–28 hesabı ilə qiymət verib.

Bu qələbə ilə Abdullayev UFC-dəki ikinci uğurunu qeydə alıb. İdmançı təşkilata 27 iyunda Bakıda keçirilən UFC Fight Night turnirində debüt edərək braziliyalı rəqibi Ceferson Nasimentonu üçüncü raundda texniki nokautla məğlub etmişdi.

Related posts

Fətiyevin bürüncü Azərbaycan cüdosuna tarixi 5-ci medalı qazandırdı

Editor

Subhan Məmmədov 15 ildən sonra Avropa çempionu titulunu Azərbaycana qaytarıb

rashadamiraliyev

Milli cüdo yığması Sarayevo mundialını 11 medalla bitirdi

rashadamiraliyev
IP geolocation by DB-IP