Niderland pilotu Maks Ferstappen “Formula-1” dünya çempionatının 21-ci mərhələsi sayılan Las-Veqas Qran-prisində birinciliyi qazanıb. O, “Red Bull” komandasını təmsil edir.
Las-Veqas Qran-prisində ikinci sırada “Maklaren”in britaniyalı idmançısı Lando Norris finişə çatıb. Komandasının digər üzvü, avstraliyalı Oskar Piastri isə yarışı üçüncü bitirərək podiumda yer alıb.
Uzunluğu 50 dövrə olan yarış zamanı trasda bir sıra insidentlər baş verib, təhlükəsizlik avtomobili də trasa çıxıb.
Çempionatın növbəti pilləsi olan Qətər Qran-prisi noyabrın 27-29-u arasında təşkil ediləcək.
