Azərbaycanlı döyüşçü Tahir Abdullayev Dohada keçirilən UFC Qətər turnirində avstraliyalı rəqibi Ceyk Metyuzü məğlub edib. Bu, idmançının UFC karyerasında ikinci qələbəsidir.
Qarşılaşma turnirin ilkin kartında baş tutub. Üç raund davam edən döyüşdən sonra hakimlər yekdilliklə Tahir Abdullayevi qalib elan edib. Hakimlərdən ikisi görüşə 30–27, üçüncüsü isə 29–28 hesabı ilə qiymət verib.
Bu qələbə ilə Abdullayev UFC-dəki ikinci uğurunu qeydə alıb. İdmançı təşkilata 27 iyunda Bakıda keçirilən UFC Fight Night turnirində debüt edərək braziliyalı rəqibi Ceferson Nasimentonu üçüncü raundda texniki nokautla məğlub etmişdi.
