Bakıda avtomobil üçün ödənişli giriş zonası planlaşdırılır
carci.news
Traffic congestion in Baku street showing multiple vehicles in heavy traffic
Nəqliyyat və logistika

Bakının bəzi ərazilərinə avtomobillə giriş ödənişli ediləcək

Bakıda qanuna təklif olunan dəyişikliyə əsasən, sürücülərdən avtomobili saxlamadan, sadəcə müəyyən zonaya daxil olduğuna görə haqq alınması nəzərdə tutulur. Giriş ödənişli olacaq ərazilər və tariflər səlahiyyətli qurum tərəfindən müəyyən ediləcək.

Bakının tarixi mərkəzində avtomobil hərəkətinin tənzimlənməsi artıq yeni formalar alır. Hazırda İçərişəhərdə yaşamayan sürücülər üçün ilk 15 dəqiqənin tarifi 3 manatdır, Xaqani bağı ətrafında isə əvvəllər yalnız həftəsonları tətbiq olunan hərəkət məhdudiyyəti indi həftənin bütün günlərinə aid edilib.

Müzakirəyə çıxarılan yeni layihəyə görə, gələcəkdə paytaxtın müəyyən hissələrinə sadəcə avtomobillə daxil olmağa görə ödəniş tətbiq edilə bilər, bunun üçün avtomobilin dayanması tələb olunmayacaq. Toplanan vəsait dövlət büdcəsinə yönəldiləcək.

Ekspert Elnur Fərzəliyev bildirib ki, bu formatın tətbiq oluna biləcəyi ərazilərdən biri Yasamal rayonunda yerləşən, keçmiş “Sovetski” adlanan məhəllə ola bilər. Ekspert qeyd edib ki, oxşar təcrübə dünyanın bir sıra iri şəhərlərində artıq tətbiq olunur, məsələn, London şəhərinin mərkəzində müəyyən saatlarda ödənişli zonaya daxil olan sürücülər gündə 18 funt ödəyir.

Bəzi digər şəhərlərdə isə müəyyən küçələrə daxil olan minik avtomobillərindən gündə bir dəfəlik haqq tutulduğu bildirilib. Hansı küçələrin ödənişli zonaya daxil ediləcəyi və tətbiqin nə vaxt başlayacağı barədə hələlik rəsmi açıqlama yoxdur.

Foto: Aykhan Zayedzadeh / Wikimedia Commons, CC BY 4.0

Related posts

Azərbaycan yük daşımalarını avtomobildən dəmir yoluna keçirməyi planlaşdırır

Editor

BakıKart: hər dördüncü gediş 1 qəpiyə başa gələcək

Editor

Bakı Limanında konteyner yükdaşıması 30 faiz artıb

Editor
IP geolocation by DB-IP