BakıKart hər dördüncü gediş 1 qəpiyə necə mümkündür?
carci.news
Nəqliyyat və logistika

BakıKart: hər dördüncü gediş 1 qəpiyə başa gələcək

“BakıKart” və “Mastercard”ın birgə kampaniyası çərçivəsində metro və avtobuslardan istifadə edən sərnişinlər hər dördüncü gedişə cəmi 1 qəpik ödəyəcəklər. Güzəşt “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə edilən təmassız ödənişlərə şamildir.

Kampaniya Azərbaycanda fəaliyyət göstərən bankların buraxdığı “Mastercard” kartlarının təmassız (NFC) ödəniş funksiyasından istifadə edən sərnişinləri əhatə edir. Şərtlərə görə, standart tarif üzrə üç gediş edən sərnişin dördüncü gediş üçün güzəştdən yararlanır və həmin zaman kart hesabından yalnız 0,01 manat tutulur.

“BakıKart”ın açıqlamasına əsasən, güzəştli gedişdən faydalanmaq üçün dörd gedişin eyni gün ərzində edilməsi şərt deyil – onlar müxtəlif günlərə bölünə bilər.

Bir kartla təqvim ayı ərzində maksimum beş dəfə 1 qəpiklik gediş imkanından istifadə etmək mümkündür. Üç gediş tamamlandıqdan sonra əldə olunan güzəştli gediş hüququ 30 gün ərzində istifadə edilməlidir, əks halda qüvvədən düşür.

Related posts

Trans-Xəzər marşrutunda yük həcminin 2040-a qədər kəskin artımı proqnozlaşdırılır

Editor

ADY: Bakı-Xankəndi dəmir yolu xətti 2027-ci ildə açılacaq

Editor

Anadolu Agentliyi: Kalkınma Yolu layihəsi ildə 80 milyard dollarlıq dəyər yarada bilər

Editor

Şərh yazın

IP geolocation by DB-IP