Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və litvalı həmkarı Kestutis Budris iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə imza atıblar.
Sənəd Azərbaycan-Litva Strateji Tərəfdaşlığı üzrə əməkdaşlığın gücləndirilməsi üçün yeni çərçivə yaradır və iki ölkənin münasibətlərində mühüm mərhələ sayılır.
Bəyannamə siyasi, iqtisadi və ticarət əlaqələrinin, eləcə də enerji, nəqliyyat və bağlantılılıq sahələrində tərəfdaşlığın inkişafını əhatə edir. Qarşılıqlı maraq doğuran digər istiqamətlər də sənədə daxildir.
