Azərbaycanda aralarında hərbçilərin də olduğu 15 nəfər yanacaq mənimsəməkdə ittiham olunur. Cinayət işi üzrə ziyan 1 milyon 400 min manatdır.
Yanacaq mənimsəmə işi üzrə təqsirləndirilənlərdən 4-ü həbs edilib, 11 nəfər barəsində isə alternativ qətimkan tədbirləri seçilib.
İş üzrə Elman Mehdiyev, Tehran İmanlı, Həsən Əmirov, Kənan Bayramzadə, Mobil Məmmədov, Qəhrəman Əliyev, Nihad Quliyev, Zaur Məmmədov, Samir Baxşiyev, Məhəmməd Hüseynli, Elçin Mustafayev, Məmməd Əliyev, Cahid Mahmudov, Mirmusa Seyidov və Ravid Tərlanzadə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Onların bir neçəsi kapitan və mayor rütbəli hərbçi, qalanları yanacaqdoldurma məntəqələrinin rəisləri və digər işçiləridir.
Hansı maddə ilə ittiham irəli sürülüb
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib. Həmin maddə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutur.
