Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” platformasının sahibi “PDD Holdings” barəsində araşdırmanı başa çatdırıb. Rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib.
Agentliyin məlumatına görə, “Temu” araşdırması rəqabəti məhdudlaşdıran qiymət siyasəti ilə hökmran mövqedən sui-istifadə əlamətləri üzrə aparılıb. Söhbət Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətlərindən gedir.
Araşdırmanın nəticəsinə əsasən rəqabət komissiyası yaradılması barədə qərar verilib. Komissiya qanunvericiliyin pozulmasına görə iş qaldırılması məsələsinə baxmalıdır.
Bu məsələyə hazırda baxılır.
