Araz Vadisi İqtisadi Zonası: Litva mebel zavodu qurur
carci.news
Jeyhun Bayramov, Foreign Minister of Azerbaijan, who announced the Lithuanian furniture plant investment
Biznes və investisiya

Litva şirkəti Araz Vadisində mebel müəssisəsi qurur, 600 iş yeri yaranacaq

Litva şirkəti Araz Vadisi İqtisadi Zonasında mebel istehsalı müəssisəsi qurur. Bunu xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Araz Vadisi İqtisadi Zonasındakı müəssisənin işə düşməsi 600 yeni iş yeri deməkdir.

Nəqliyyat və logistika imkanları müzakirə olunarkən Bakı Ticarət Limanının potensialı və onun artırılması planları ilə bağlı fikir mübadiləsi aparılıb.

Bayramov əlavə edib ki, Litvada 800-ə qədər azərbaycanlı tələbə təhsil alır, ötən il isə Azərbaycana 3 000-dən çox litvalı turist gəlib. Buna görə nazir birbaşa uçuşların gündəmdə saxlanılmasını zəruri sayır.

Foto: Bundesministerium für europäische und internationale Angelegenheiten / Wikimedia Commons, CC BY 2.0

Related posts

Azərbaycanda elektrikli avtomobil gətirişi yarıbayarı azalıb

Editor

“Azəripək” Azərbaycan ipəyini Çində təqdim edir

Editor

Azərbaycana doqquz ayda 880 min telefon gətirilib, xərc 366 milyon dollara çatıb

Editor
IP geolocation by DB-IP