Temu araşdırması: PDD Holdings barədə nəticə açıqlandı
carci.news
Texnologiya və İKT

Antiinhisar Agentliyi “Temu”nun sahibi ilə bağlı araşdırmanı tamamladı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” platformasının sahibi “PDD Holdings” barəsində araşdırmanı başa çatdırıb. Rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib.

Agentliyin məlumatına görə, “Temu” araşdırması rəqabəti məhdudlaşdıran qiymət siyasəti ilə hökmran mövqedən sui-istifadə əlamətləri üzrə aparılıb. Söhbət Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətlərindən gedir.

Araşdırmanın nəticəsinə əsasən rəqabət komissiyası yaradılması barədə qərar verilib. Komissiya qanunvericiliyin pozulmasına görə iş qaldırılması məsələsinə baxmalıdır.

Bu məsələyə hazırda baxılır.

Related posts

SpaceXAI ilə Azərbaycan arasında “Grok” əsaslı həllərin dövlətə tətbiqi üçün razılaşma var

Editor

Sənaye müəssisələri proqram təminatına 2 milyon manatdan çox xərcləyib

Editor

Keyfiyyətsiz internet xidmətinə görə cərimələr kəskin artırılır

Editor
IP geolocation by DB-IP