Azərbaycan Çin ədliyyə əməkdaşlığı: yeni proqram imzalandı
carci.news
Dünya siyasəti

Azərbaycan və Çin ədliyyə nazirlikləri 2027-2029-cu illər üzrə proqram imzalayıb

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov başçılıq etdiyi heyətlə Çin Xalq Respublikasına səfər edərək ölkənin ədliyyə naziri He Ronq ilə görüşüb. Tərəflər arasında 2027-2029-cu illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 23-dən 25-dək Çin Xalq Respublikasında səfərdə olub. Bu müddətdə iki ölkə arasında hüquq-ədliyyə əməkdaşlığının gücləndirilməsi məqsədilə Çinin ədliyyə naziri He Ronq ilə ikitərəfli danışıqlar keçirilib.

Görüş zamanı tərəflər dövlət başçılarının – Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpinin qarşılıqlı cəhdləri nəticəsində ölkələr arasındakı münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq statusuna yüksəldiyini vurğulayıblar. Bildirilib ki, gələn il iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümü qeyd olunacaq.

Fərid Əhmədov tərəflər arasındakı hüquqi sahədə mövcud əməkdaşlıqdan razı qaldığını bildirib. O, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin ölkələr arasında əlaqələrin dərinləşməsinə xidmət etdiyini qeyd edib.

Danışıqlarda həmçinin hüquqi yardım, ekstradisiya və məhkumların verilməsinə dair imzalanmış sazişlərin uğurla tətbiq olunduğu diqqətə çatdırılıb.

Yeni hüquqi əməkdaşlıq proqramı

Görüşün sonunda Azərbaycan tərəfi ilə Çin tərəfinin ədliyyə qurumları arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun həyata keçirilməsi üçün 2027-2029-cu illər üzrə yeni Əməkdaşlıq Proqramı imzalanıb. Sənəddə beynəlxalq hüquqi əməkdaşlıq, notariat xidməti, ədliyyə sisteminin rəqəmsallaşdırılması, hüquqşünasların hazırlanması və penitensiar sahədə təcrübə mübadiləsi öz əksini tapıb.

Səfər çərçivəsində Azərbaycan heyəti Pekin Hüquqi Yardım Mərkəzinə, həmçinin Çin Ali Xalq Məhkəməsinin binasında yerləşən “Ağıllı Məhkəmə” laboratoriyasına baş çəkib.

Related posts

Hürriyet: Baykar Azərbaycanda “KASIRGA” dolanan sursatını təqdim etdi

Editor

Tramp İranın yeddi günlük atəşkəs planını rədd etdi: Ağ Ev aralıq seçkilərdən sonra zərbələrin bərpasını gözləyir

rashadamiraliyev

İlham Əliyev Bakıda AQEM-in 7-ci Sammitinin iştirakçılarını qarşılayıb

Editor
IP geolocation by DB-IP