Dayanıqlı qan təminatı əsas vəzifələrdəndir - Əsədov
carci.news
Sağlam həyat

Sərdar Əsədov: Dayanıqlı qan təminatını gücləndirmək əsas vəzifələrdəndir

Təhlükəsiz və dayanıqlı qan təminatını gücləndirmək bu gün qarşıda duran əsas vəzifələrdəndir. Bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Sərdar Əsədov “Hematologiyanın aktual problemləri (HEMAP 2026)” beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, son illərdə molekulyar genetik diaqnostika, hədəflənmiş terapiya, immunoterapiya, hüceyrə texnologiyaları, sümük iliyi transplantasiyası, rəqəmsal tibb və süni intellekt sahəsindəki nailiyyətlər bir çox qan xəstəliklərinin diaqnoz və müalicəsinə yanaşmanı əsaslı şəkildə dəyişib.

Əsədov bildirib ki, bir zamanlar müalicə imkanları məhdud olan xəstəliklərdə bu gün uzunmüddətli remissiyadan, fərdiləşdirilmiş müalicədən və xəstələrin həyat keyfiyyətinin qorunmasından danışılır. Onun fikrincə, elmin verdiyi hər yeni imkan yeni məsuliyyət də gətirir.

Əsədov qarşıda duran əsas vəzifələr sırasında müasir diaqnostika və müalicə texnologiyalarının klinik praktikaya vaxtında tətbiqini, fərdiləşdirilmiş müalicənin genişləndirilməsini, nadir xəstəliklərin erkən aşkarlanmasını, təhlükəsiz və dayanıqlı qan təminatının gücləndirilməsini sadalayıb.

Beynəlxalq elmi əməkdaşlığa çağırış

Əsədovun sözlərinə görə, ölkədə toplanmış klinik təcrübə və elmi məlumatlar sistemləşdirilməli və beynəlxalq elmi ictimaiyyətə təqdim edilməli, azərbaycanlı tədqiqatçılar beynəlxalq çoxmərkəzli layihələrdə daha fəal iştirak etməlidir.

O, gənc həkim və tədqiqatçıların beynəlxalq elmi mühitdə iştirakını vacib sayıb: gənclərə yalnız hazır bilik vermək deyil, elmi düşünmək, tədqiqat aparmaq və nəticələrini beynəlxalq auditoriyaya təqdim etmək bacarığı aşılamaq lazımdır.

Related posts

Şamaxıda qadın müəllimlər üçün süd vəzi xərçənginə dair maarifləndirmə görüşü keçirilib

Editor

TƏBİB Gəncədə dörd tibb müəssisəsində nöqsanlar üzə çıxarıb

Editor

Bir çox hallarda qan analizlərindən əvvəl ac qalmağa ehtiyac yoxdur

Editor
IP geolocation by DB-IP