Azərbaycanda elektromobillərin sayı 3 ildə necə artıb
carci.news
Electric charging stations in Baku demonstrating EV infrastructure growth
Nəqliyyat və logistika

Azərbaycanda elektromobillərin sayı 3 ildə 14 dəfədən çox artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yekununda Azərbaycanda 8 215 elektrik mühərrikli nəqliyyat vasitəsi olub. Bu, 2022-ci ilin yekununa nisbətən 14,4 dəfə çoxdur.

2025-ci ilin yekununda Azərbaycanda elektromobillərin sayı 8 215 olub. Bu, 2024-cü ilin yekunu ilə müqayisədə 38,3 faiz çoxdur.

Hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı ötən il 29,9 faiz artaraq 73 581-ə çatıb. Üç il əvvələ nisbətən artım 2,4 dəfədir.

Plaq-in hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı son bir ildə 6,1 dəfə artaraq 59 772-yə yüksəlib.

Elektrik mühərrikli avtobusların sayı 2025-ci ilin yekununda 2024-cü illə müqayisədə 84,2 faiz artaraq 350-yə çatıb. Üç il əvvəllə müqayisədə artım 50 dəfədir.

Noyabrın 26-sı Ümumdünya Dayanıqlı Nəqliyyat Günüdür.

Foto: Press Service of the President of the Republic of Azerbaijan / Wikimedia Commons, CC BY 4.0

Related posts

“Bakı Metropoliteni”nin nizamnamə kapitalı 809 milyon manat artırılacaq

Editor

AİB Bakı metrosunun siqnalizasiyasına 302 milyon dollar kredit təsdiqləyib

Editor

Eurasianet: Trans-əfqan dəmir yolu layihəsinə BƏƏ dəstək verir

Editor
IP geolocation by DB-IP