Hesablama Palatasından ARDNF 2027 büdcəsinə rəy
carci.news
Maliyyə və bank

Hesablama Palatası ARDNF-in 2027-ci il büdcə layihəsinə rəy verib

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2027-ci il üçün büdcə layihəsi barədə rəy hazırlayıb. Sənəd qurumun Kollegiya iclasında müzakirə olunaraq təsdiqlənib.

İclasa Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik edib. Toplantıda ARDNF-in gələn ilki büdcə layihəsi üzrə hazırlanmış rəyin məzmunu müzakirəyə çıxarılıb.

Rəy çərçivəsində Fondun gəlir və xərc maddələri üzrə proqnozlaşdırılan məbləğlərin nə dərəcədə əsaslı olduğu yoxlanılıb. Bundan əlavə, ARDNF-in planlaşdırdığı investisiya siyasətinin qüvvədə olan hüquqi aktlara uyğunluğu da araşdırmaya cəlb edilib.

Aparılan təhlillərin yekununda sənədə müvafiq tövsiyələr əlavə olunub. Kollegiya üzvləri müzakirələrdən sonra rəyi təsdiq edib və onun aidiyyəti qurumlara göndərilməsi barədə qərar qəbul ediblər.

Həmçinin oxuyun: Hesablama Palatası: DSMF-nin hesabladığı 9,8 milyard manatlıq öhdəlik razılaşdırılmayıb

Related posts

Cəfərli: AccessBank və Bank Respublika birləşmə üçün masa arxasında

Editor

AMB sədri: valyuta ehtiyatları 4,3 milyard dollar artıb

Editor

Manat əmanətləri ilə kreditləri arasındakı faiz fərqi dörd ildən sonra rekord səviyyədə

Editor
IP geolocation by DB-IP