Dövlət qurumları arasında V minifutbol turniri açılıb - carci.news
carci.news
Futbol

Dövlət qurumları arasında V minifutbol turniri açılıb

Noyabrın 28-də Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib.

Bakı Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov çıxış edərək komandaların hər birinə uğurlar arzulayıblar.

Daha sonra ötən turnirin maraqlı anlarını əks etdirən videoçarx nümayiş olunub. Ardınca real aykido, kapoeyra və breykdans üzrə nümunəvi çıxışlar təqdim edilib.

Related posts

“Sabah” – “Barselona” matçına 78 ölkədən tərəfdar gəlib

Editor

Bakıda ilk dəfə 15 yaşadək futbolçuların dünya çempionatı başlayır

Editor

Argentinada klublar üçün yeni titul turniri təsis edilib

rashadamiraliyev
IP geolocation by DB-IP