ƏDV depozit hesabındakı vəsaitlərin Sosial Müdafiə Fonduna köçürülməsinə imkan yaradılacaq - carci.news
carci.news
CəmiyyətSosial müdafiə

ƏDV depozit hesabındakı vəsaitlərin Sosial Müdafiə Fonduna köçürülməsinə imkan yaradılacaq

2027-ci il yanvarın 1-dən etibarən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid vergi ödəyicilərinin ƏDV depozit hesabındakı vəsaitlərin Dövlət Sosial Müdafiə Fonduna köçürülməsinə imkan yaradılacaq.

ƏDV ödəyiciləri, eləcə də ƏDV qeydiyyatında olmayan, səhmlərinin və ya paylarının 50 faizindən çoxu dövlətə məxsus hüquqi şəxslər və büdcə təşkilatları mal, xidmət və işlər alarkən onlara verilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğini ƏDV-nin depozit hesabına köçürməlidirlər.

Eyni qayda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərə də şamil olunur. Bu hallarda ƏDV məbləği depozit hesabına ödənilməlidir.

2027-ci il yanvarın 1-dən başlayaraq dörd il ərzində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid vergi ödəyiciləri ƏDV depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürə biləcəklər. Bunun üçün müvafiq səlahiyyətli qurumun müəyyən etdiyi qayda və şərtlərə əməl olunmalıdır.

ƏDV depozit hesabı ƏDV-nin daxil olması, uçotunun aparılması və hərəkəti, eləcə də vəsaitlərin dövlət büdcəsinə köçürülməsi ilə bağlı əməliyyatların həyata keçirildiyi vahid xəzinə hesabıdır. Yeni mexanizm çərçivəsində həmin hesabdan Dövlət Sosial Müdafiə Fonduna da vəsait köçürülməsi mümkün olacaq.

Depozit hesabında uçotun aparılması, ƏDV vəsaitlərinin hərəkəti, bu hesab üzrə əməliyyatlardan verginin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq səlahiyyətli qurum tərəfindən müəyyən edilir.

Related posts

Əlillik pensiyası alan şəxslərin sayı beş ildə 128 min nəfər azalıb

Editor

Əmək miqrasiyasında Azərbaycan Rusiyaya gedənlər sırasında yeddinci oldu

Editor

Bakının Nizami rayonunda 8 binanın sökülməsi, sakinlərin köçürülməsi planlaşdırılır

Editor
IP geolocation by DB-IP