Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı 7 il ƏDV-dən azad ediləcək - carci.news
carci.news
CəmiyyətNəqliyyat və logistika

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı 7 il ƏDV-dən azad ediləcək

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışına 2027-ci il yanvarın 1-dən etibarən yeddi il müddətinə əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməyəcək.

Güzəştin qüvvədə olması üçün avtomobillərin istehsalı müəyyən texnoloji mərhələləri əhatə etməlidir.

Belə ki, nəzərdə tutulan güzəşt tam istehsal formasında sənaye yığımının həyata keçirildiyi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirildiyi avtomobillərə şamil olunur.

Beləliklə, bu şərtlərə uyğun olaraq Azərbaycan ərazisində istehsal edilən minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən yeddi il ərzində ƏDV-dən azad ediləcək.

Related posts

ƏDV depozit hesabındakı vəsaitlərin Sosial Müdafiə Fonduna köçürülməsinə imkan yaradılacaq

rashadamiraliyev

BakıKart: hər dördüncü gediş 1 qəpiyə başa gələcək

Editor

Bakıda Azərbaycan-AB dialoqunda Zəngəzur dəhlizinin TEN-T-yə qoşulması gündəmə gəlib

Editor
IP geolocation by DB-IP