Baş prokuror Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb - carci.news
carci.news
Dünya siyasətiƏsas xəbərlər

Baş prokuror Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Moskvada Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İqor Krasnovla görüşüb. Tərəflər hüquq sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.

Görüşdə tərəflər iki dövlət arasında münasibətlərin dövlət başçıları səviyyəsində formalaşmış dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf edir və bu, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi üçün zəmin yaradır.

Kamran Əliyev iki ölkənin prokurorluq qurumları arasında çoxillik əlaqələrin yüksək səviyyədə qaldığını qeyd edib. Onun sözlərinə görə, hüquqi yardım, cinayətkarlığa qarşı mübarizə, həmçinin təcrübə və informasiya mübadiləsi istiqamətlərində əməkdaşlıq davam etdirilir.

Görüş zamanı hüquq sahəsində institusional əlaqələrin gücləndirilməsi, kadr hazırlığı və hüquq təhsili sahəsində ortaq imkanlar da müzakirəyə çıxarılıb. Tərəflər birgə elmi-praktiki tədbirlər, təlimlər və təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparıblar.

İqor Krasnov azərbaycanlı həmkarları ilə etibarlı və uzunmüddətli əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib, görüşün qurumlararası əlaqələrin inkişafına töhfə verəcəyinə ümid edib.

Görüşün sonunda Kamran Əliyev İqor Krasnova “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medalını təqdim edib.

Related posts

OilPrice.com: Paşinyan nüvə sövdələşməsində ABŞ-dan Rusiyaya tərəf dönüb

Editor

Riyaddakı hava limanına raket hücumunda 12 nəfər ölüb, 309 yaralanıb

Editor

Şahinoğlu: Hindistanın Bakıya marağında enerji və tranzit amilləri üst-üstə düşür

Editor

Şərh yazın

IP geolocation by DB-IP