Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına endirilən raket zərbəsi nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb. Hücumu husilər həyata keçirib.
Mərmi hava limanının 3 nömrəli terminalı yaxınlığına düşüb. Başqa bir mərmi isə ölkənin şərqindəki Dammam şəhərinin hava limanı ərazisinə dəyib.
Həlak olanlardan dördü Səudiyyə Ərəbistanı vətəndaşı, səkkizi isə ölkədə yaşayan xarici vətəndaşlardır. Xarici qurbanlar arasında iki Banqladeş vətəndaşı, həmçinin ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları var.
Xəstəxanalarda fövqəladə vəziyyət elan olunub
“Financial Times” qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, zərbədən sonra yaxınlıqdakı xəstəxanaya təxminən 50 yaralı çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Qəzetin bildirdiyinə görə, ər-Riyadın ən iri xəstəxanalarında fövqəladə rejim tətbiq edilib və tibb heyəti terminala düşən raketdən zərər çəkənlərin təxliyəsi ilə məşğul olub.
Bundan əvvəl “Reuters” agentliyi şahidlərə istinadən hava limanı yaxınlığında güclü partlayış baş verdiyini bildirmişdi. Məlumata görə, ər-Riyad Beynəlxalq Hava Limanının oktyabrın 11-də gün ərzində bağlı qalması gözlənilir.
Həmçinin oxuyun: Səudiyyədə iki hava limanına zərbə: 3 ölü, 36 yaralı
