Cahan Holdinq marketinqinə Müşviq İskəndərov rəhbər oldu
carci.news
Biznes və investisiya

“Cahan Holdinq”in marketinq departamentinə yeni rəhbər təyin edilib

“Cahan Holdinq”in marketinq departamentinin rəhbəri vəzifəsinə Müşviq İskəndərov təyin olunub.

2008-ci ildən marketinq sahəsində çalışan İskəndərov müxtəlif tanınmış şirkət və qurumlarda rəhbər vəzifələr tutub. Yeni təyinatından əvvəl o, holdinqə məxsus “ENNA”, “Cahan Sənaye Kompleksi” və “Cahan İnşaat” müəssisələrində marketinq direktoru olub.

“ENNA”da çalışdığı dövrdə “BUZZ Cola” markasının marketinq kampaniyası geniş maraq doğurub. İskəndərov həmçinin “BE Group” brendinin sıfırdan yaradılmasında iştirak edib. “Cahan İnşaat”ın “Tarixin mərkəzində” şüarı ilə təqdim etdiyi layihə isə Naxçıvanda böyük maraqla qarşılanıb.

1995-ci ildən fəaliyyət göstərən “Cahan Holdinq” 22 əsas və bir neçə törəmə şirkəti birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidmət, çay istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm və tikinti sahələrində fəaliyyət göstərir, bir sıra tanınmış brendlərin rəsmi nümayəndəsidir.

Related posts

Dünya bazarında şəkər qiyməti son bir ilin zirvəsinə qalxıb

Editor

Azərbaycana 9 ayda 57 275 avtomobil idxal olunub

Editor

Bakı və Pekin kapital körpüsü qurur: 1 milyard dollarlıq ortaq fond təsis edildi

Editor

Şərh yazın

IP geolocation by DB-IP