ABC News: Pentaqonun bazasından 3 milyona yaxın şəxsin datası oğurlanıb - carci.news
carci.news
Dünya siyasətiƏsas xəbərlər

ABC News: Pentaqonun bazasından 3 milyona yaxın şəxsin datası oğurlanıb

Naməlum kiber qruplaşma ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə sızaraq təxminən 3 milyon insanın şəxsi məlumatlarına giriş əldə edib. Bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Hücumdan 2,76 milyon canlı şəxs, həmçinin 294 min vəfat etmiş insanın qeydiyyat məlumatları təsirlənib. Sızan bazada sosial müdafiə nömrələri, eləcə də hərbçilərin və mülki qulluqçuların peşəkar fəaliyyətinə dair informasiyalar ola biləcəyi bildirilir.

Kanalın məlumatına görə, kibermüdaxilə uzun müddət diqqətdən yayınıb – hakerlərin sistemə 2025-ci ilin oktyabrından 2026-cı ilin iyul ayınadək icazəsiz giriş imkanı olub.

Pentaqon tərəfindən bildirilib ki, hazırda ələ keçirilmiş məlumatların hər hansı formada sui-istifadəyə məruz qaldığına dair sübut yoxdur.

Related posts

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən getdiyini bəyan edib

Editor

Azərbaycan 31 Türkiyə vətəndaşını persona non qrata elan edib

Editor

Jamestown: Azərbaycan Türkiyə və digər tərəfdaşlarla hərbi sənayesini genişləndirir

Editor

Şərh yazın

IP geolocation by DB-IP