ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar hazırlayır - carci.news
carci.news
Dünya siyasəti

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar hazırlayır

ABŞ Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə və onunla əməkdaşlıq edən təşkilatlara qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə “The Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, nəzərdə tutulan məhdudiyyətlər təkcə məhkəmənin özünü deyil, onunla iş gördüyü qurumları da əhatə edəcək. Təklifə əsasən, məhkəməyə məhsul və ya xidmət təqdim edən istənilən təchizatçı, habelə onunla əməkdaşlıq quran şirkətlər Vaşinqtonun sanksiya siyahısına düşmək riskiylə üzləşəcək.

Məhkəmənin tərəfdarları bildirir ki, bu cür addımlar onun fəaliyyətinin faktiki olaraq iflic olmasına, hətta tamamilə dayandırılmasına gətirib çıxara bilər. “The Times”a açıqlama verən Avropalı bir diplomat ABŞ-ın planlaşdırdığı tədbirləri hərbi cinayətlərin araşdırılmasını dəstəkləyən hər kəs üçün ağır zərbə kimi dəyərləndirib.

ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı bundan əvvəl də dəfələrlə sanksiya tətbiq edib. ABŞ Prezidenti Donald Tramp 2025-ci il fevralın 6-da məhkəmə rəsmilərinə qarşı məhdudiyyətlər nəzərdə tutan sərəncam imzalamışdı.

Vaşinqton məhkəməni həm özünə, həm də müttəfiqlərinə, o cümlədən İsrailə qarşı qanundan kənar hərəkətlərdə ittiham edir.

Related posts

WSJ: Ağ Ev süni intellekt siyasətinin sükanını Cey Kleytona tapşırıb

Editor

Hürriyet: Baykar Azərbaycanda “KASIRGA” dolanan sursatını təqdim etdi

Editor

Nyu-Yorkda azərbaycanlıların Ermənistandan didərgin salınması ilə bağlı ilk beynəlxalq forum təşkil olunub

Editor

Şərh yazın

IP geolocation by DB-IP