Noyabrın 12-də Bakıda Azərbaycan və Qana arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə həsr olunmuş biznes forum təşkil ediləcək. Tədbirdə qarşılıqlı investisiya imkanları əsas müzakirə mövzusu olacaq.
Forum çərçivəsində Bakıya səfər edəcək Qana nümayəndə heyəti ilə rəsmi danışıqlar keçiriləcək. Tərəflər bu görüşlərdə hər iki ölkənin investisiya potensialını təqdim edəcək və ticarət əlaqələrinin gücləndirilməsi yollarını müzakirə edəcək.
Forum barədə məlumatı “Africa-Azerbaijan Cooperation” (AFAZ) təşkilatı yayıb.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycan ilə Qana arasında qarşılıqlı ticarət dövriyyəsi 7,23 dəfə artaraq 490,69 milyon ABŞ dolları həcminə çatıb.
