DTX: gov.az seqmentinə kiberhücumlar olub
carci.news
Rəsmi xronika

DTX: gov.az seqmentinə DDoS hücumları qeydə alınıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini Həsən Mansurov bildirib ki, son dövrlərdə Azərbaycanın bəzi informasiya resurslarına, xüsusilə gov.az seqmentinə qarşı DDoS və digər növ kiberhücumlar törədilib.

Bu barədə Həsən Mansurov “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxış edərkən məlumat verib. Onun sözlərinə görə, bu cür hadisələr kibertəhdidlərin milli təhlükəsizlik baxımından ciddi nəticələr doğura biləcəyini bir daha nümayiş etdirir.

Rəis müavini onu da qeyd edib ki, son illər dünya ölkələrinin enerji infrastrukturları da genişmiqyaslı kiberhücumların hədəfinə çevrilir. Nümunə kimi bu ilin oktyabr ayında Avropa dövlətlərindən birinin dövlət rəqəmsal xidmətlərinə qarşı baş verən hücumu göstərib.

Onun sözlərinə görə, həmin hücum zamanı təxminən 11 milyon sorğu göndərilib və nəticədə 750 minə yaxın vətəndaşın fərdi identifikasiya nömrəsinə aid məlumatlar icazəsiz əldə olunub.

Related posts

Ramiz Mehdiyevə 14 il həbs kəsildi, cəzanın icrası dayandırıldı

Editor

Dövlət şirkətlərinin siyahısı yenidən qurulub: iki qurum artıq orada yoxdur

Editor

Ilham Əliyev büdcədənkənar ödənişlərin icra müddətini oktyabra saldı

Editor
IP geolocation by DB-IP