Gürcüstanın Qardabani rayonundakı Qaracalar kəndində azərbaycanlı iş adamı Duriç Hacıyevin avtomobili silahlı şəxslər tərəfindən atəşə tutulub. Hadisə zamanı heç kəs xəsarət almayıb.
Atəşə tutulma anında Duriç Hacıyev azyaşlı övladları ilə birlikdə evə qayıdırmış. Hücumun maliyyə mübahisəsi zəminində baş verdiyi ehtimal edilir.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Saxlanılan şəxsə ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb.
Hücumla əlaqəsi olduğu güman edilən ikinci şəxsin müəyyən edilib saxlanılması üçün əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
