Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırladığı Ortamüddətli Xərclər Çərçivəsinə görə, 2027-2030-cu illərdə ölkə iqtisadiyyatına ümumilikdə 108,6 milyard manat investisiya qoyulması gözlənilir.
Sənədə əsasən, əsas kapitala investisiya qoyuluşu illər üzrə artan dinamika göstərəcək: 2027-ci ildə 25,4 milyard manat, 2028-ci ildə 26,9 milyard manat, 2029-cu ildə 27,9 milyard manat, 2030-cu ildə isə 28,4 milyard manat səviyyəsində proqnozlaşdırılır.
Dörd illik dövrdə nəzərdə tutulan ümumi investisiyanın 76,6 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşəcək. Bu sektor üzrə illik bölgü belədir: 2027-ci ildə 17,4 milyard manat, 2028-ci ildə 18,6 milyard manat, 2029-cu ildə 19,7 milyard manat və 2030-cu ildə 20,9 milyard manat.
Göstəricilər Maliyyə Nazirliyi tərəfindən yaxın dörd il üçün hazırlanan Ortamüddətli Xərclər Çərçivəsi sənədində əks olunub.
Həmçinin oxuyun: Qeyri-neft sektorunda əmək müqavilələrinin sayı 1 milyon 67 minə yüksəlib | Neft-qaz sektoruna investisiyalar doqquz ayda 30,8 faiz artıb
