Laçın rayonunda yeni Qorçu qəsəbəsinin inşasının birinci mərhələsi start götürüb. Layihə üçün 49 milyon 595 min 510 manat vəsait nəzərdə tutulub.
Qəsəbənin tikintisi ilə bağlı zəruri prosedurlara artıq başlanılıb. Layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq tədbirlərinin növbəti mərhələsini təşkil edir.
Tikinti işlərinin nə vaxt başa çatdırılacağı və neçə ailənin qəsəbəyə köçürüləcəyi barədə əlavə məlumat açıqlanmayıb.
