Azad edilmiş ərazilərin bərpasına 3,4 milyard manat
carci.news
Qarabağ və Şərqi Zəngəzur

2027 büdcəsində azad edilmiş ərazilərə 3,4 milyard manat nəzərdə tutulub

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim olunan 2027-ci il dövlət büdcəsi layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 3422 milyon manat vəsait ayrılacaq.

Qanun layihəsinə görə, 2027-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün ümumilikdə 5,3 milyard manat proqnozlaşdırılır. Bu məbləğin 3,4 milyard manatı məhz azad edilmiş ərazilərlə bağlı tədbirlərə yönəldiləcək.

Həmin vəsait hesabına Böyük Qayıdış proqramının davam etdirilməsi, dağıdılmış şəhər və kəndlərin yenidən qurulması nəzərdə tutulub. Bundan əlavə, həmin ərazilərdə elektrik enerjisi, təbii qaz, su təchizatı, rabitə, yol, təhsil, səhiyyə və mədəniyyət infrastrukturunun yaradılması, mənzil-kommunal təsərrüfatının bərpası, yaşayış evlərinin tikintisi, həmçinin mədəni-tarixi abidələrin bərpası da planlaşdırılır.

Digər əsaslı vəsait qoyuluşu xərclərinin maliyyələşdirilməsi üçün isə 1,9 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Layihəyə görə, 2027-ci il dövlət büdcəsinin bütün xərc bölmələri üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması və digər tədbirlər üçün ümumilikdə 3422 milyon manat vəsait yönəldiləcək.

Həmçinin oxuyun: Milli Məclis Səbinə Əliyevanı yenidən ombudsman seçib

Related posts

DTX: 328 itkin şəxsin kimliyi genetik analizlə təsdiqlənib

Editor

Armenpress: Ermənistanda müxalifət TRIPP sazişinə “yox” deyəcək

Editor

Ağdam Sənaye Parkında 1 500 daimi iş yeri açılıb

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP