Qazaxıstanda çevriliş cəhdi önlənib, 10 nəfər saxlanıldı
carci.news
Dünya siyasəti

Qazaxıstanda çevriliş cəhdi önlənib, Atırauda 10 nəfər saxlanılıb

Qazaxıstanın qərbindəki Atırau bölgəsində konstitusiya quruluşunu zorla devirməyə cəhd edən qruplaşma zərərsizləşdirilib, 10 nəfər saxlanılıb. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Komitənin açıqlamasına görə, saxlanılan şəxslər cinayətkar qruplaşmanın üzvü olub, Atırau bölgəsində hakimiyyəti zorakılıq yolu ilə ələ keçirməyə çalışıblar. Onlar ekstremist qrup yaratmaq, ona rəhbərlik etmək, terrorizmi təbliğ etmək və dini zəmində ədavət qızışdırmaq şübhəsi ilə şübhəli bilinirlər.

Şübhəlilərin yaşadıqları yerlərdə aparılan axtarışlar zamanı odlu silah, narkotik maddələr, dini xarakterli ədəbiyyat və ləvazimat, habelə digər sübut sayıla biləcək əşyalar aşkarlanıb və götürülüb.

Qruplaşmanın uşaq və yeniyetmələr üçün qurduğu üç gizli təlim mərkəzinin fəaliyyəti də dayandırılıb.

Related posts

WSJ: Ağ Ev süni intellekt siyasətinin sükanını Cey Kleytona tapşırıb

Editor

Britaniyada dizelin qiyməti bu vaxta qədər görünməyən zirvəyə qalxıb

Editor

Səudiyyədə iki hava limanına zərbə: 3 ölü, 36 yaralı

Editor

Şərh yazın

IP geolocation by DB-IP