Şəki COP31 iqlim təşəbbüsündə 69 şəhər arasında
carci.news
Karvansarai in Sheki's Old City, a historic architectural landmark representing the city featured at COP31 climate panel
Ekologiya

Şəki COP31-də dünyanın 69 şəhəri arasında iqlim təşəbbüsündə təmsil olunub

Türkiyənin Antalya şəhərində keçirilən COP31 sammiti çərçivəsində Şəki şəhəri “C40 Cities” və İqlim və Enerji üzrə Qlobal Merlər Razılaşmasının (GCoM) birgə təşəbbüsü olan “İllik Fəaliyyət Təklifi” panelində dünyanın 69 şəhəri sırasında təqdim olunub.

Şəki Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, təşəbbüsün həmsədri olan London şəhərinin meri panel iclasında müxtəlif ölkələrdən 69 şəhərin 2027-ci il üçün planlaşdırdığı iqlim tədbirləri barədə məlumat verib. Şəki bu təşəbbüsdə “Şəki iqlim dəyişmələrinə davamlı yaşıllıq sahələrini genişləndirir” devizi ilə iştirak edib.

COP31-in iki həftəlik müddətində Şəkinin iqlim fəaliyyətlərini əks etdirən material digər seçilmiş şəhərlərlə birlikdə rəqəmsal ekranda nümayiş olunub. Konfrans iştirakçılarına şəhərin fəaliyyətini təqdim edən xüsusi kart da paylanılıb.

Füzuli adına parkda bərpa işləri

Şəkinin qlobal təşəbbüs çərçivəsində təqdim etdiyi işlərin əsasında Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkındakı bərpa və yenidənqurma layihəsi dayanır. Parkda yerləşən tarixi Yay teatrının da bərpası nəzərdə tutulub.

Bundan əlavə, şəhərdə yaşayış binalarının və küçələrin abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər aparılır. Quraqlığa davamlı bitkilərin əkilməsi, enerjiyə qənaətli işıqlandırma və damcı suvarma sistemlərinin tətbiqi planlaşdırılır ki, bu da su və enerji resurslarından səmərəli istifadəyə xidmət edəcək.

Şəki öz tarixi, mədəni irsi və təbiəti ilə Azərbaycana gələn turistlərin maraq göstərdiyi şəhərlərdən biri sayılır. Şəhərin yaşıllıq sahələrinin inkişafı bu baxımdan turizm potensialının artırılmasına da töhfə verir.

Foto: Fanti Salms / Wikimedia Commons, CC BY-SA 4.0

Related posts

Bəhrəmtəpə hidroqovşağının təmiri ilə bağlı beş rayona suvarma suyu verilməyəcək

Editor

Qazaxıstanda Xəzər sahilində 173 ölü nərə balığı aşkarlanıb

Editor

Azərbaycan 2025-ci ildə karbon emissiyasını 0,8 milyon ton azaldıb

Editor
IP geolocation by DB-IP