Bakı U20 Avropa basketbol çempionatına ev sahibliyi edəcək
carci.news
Skyline view of Baku, capital city of Azerbaijan
Olimpiya idmanı

Bakı 2027-ci ildə U20 Avropa basketbol çempionatını qəbul edəcək

FIBA Avropa İdarə Heyətinin Hamburqda keçirilən toplantısında 2027-ci il üçün gənclər arasında Avropa basketbol çempionatlarının keçiriləcəyi şəhərlər müəyyən edilib və Bakının bu yarışlardan birinə ev sahibliyi edəcəyi açıqlanıb.

Azərbaycanın paytaxtı Bakı 2027-ci ildə 20 yaşadək oğlan basketbolçular arasında keçiriləcək Avropa çempionatının B divizionuna ev sahibliyi edəcək. Yarış 2027-ci il iyul ayının 9-dan 18-dək davam edəcək və Azərbaycanın basketbol üzrə ilk Avropa çempionatı təcrübəsi olacaq.

Bu barədə qərar noyabrın 20-də Almaniyanın Hamburq şəhərində təşkil olunan FIBA Avropa İdarə Heyətinin toplantısında qəbul edilib. Həmin görüşdə 2027-ci ildə gənclər arasında keçiriləcək bütün Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.

Azərbaycan Basketbol Federasiyası yaydığı açıqlamada Bakının seçilməsi barədə məlumat verib.

Foto: Moonsun1981 / Wikimedia Commons, CC BY-SA 3.0

Related posts

Sabir Zeynalov Parisdə Grand Prix turnirində gümüş medal qazanıb

Editor

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazanıb

Editor

Ammar Baxşəliyev batut gimnastikası üzrə gənclər dünya çempionatında bürünc medal qazanıb

Editor
IP geolocation by DB-IP