“Sotheby’s” Van Qoq və Qogenin olduğu kolleksiyanı hərraca çıxaracaq - carci.news
“Sotheby’s” Van Qoq və Qogenin olduğu kolleksiyanı hərraca çıxaracaq
İncəsənət və sərgilər

“Sotheby’s” Van Qoq və Qogenin olduğu kolleksiyanı hərraca çıxaracaq

Sotheby’s” hərraclar evi impressionist və modernist ustaların on iki əsərdən ibarət şəxsi kolleksiyasını satışa çıxarır. Van Qoq, Qogen və Renuarın da daxil olduğu əsərlərin ümumi dəyəri 450 milyon dollar qiymətləndirilib.

Satış 18 noyabrda Nyu-Yorkda keçiriləcək. Əsərlər bundan əvvəl, 30 sentyabrda Londonda ictimaiyyətə nümayiş etdirilib.

Kolleksiya argentinalı incəsənət həvəskarı Mariya Elena Arrieta de Blakyeyə məxsus olub. O, “Ledesma” şəkər şirkəti ailəsinin yeganə varisi idi və əri Karlos Pedro Blakier ilə birgə dünyanın ən zəngin şəxsi rəsm toplularından birini formalaşdırıb.

Cütlük əsərlərin əksəriyyətini 1970-ci illərdə London incəsənət dilerlərindən əldə edib. O vaxtdan bu günə qədər kolleksiya geniş ictimaiyyət üçün qapalı qalıb.

Blakye 2020-ci ildə, həyat yoldaşı isə üç il sonra dünyasını dəyişib. “The Times” qəzetinin yazdığına görə, kolleksiya onların beş övladına miras qalıb və hər biri 20 faiz pay alıb.

Related posts

Renuar muzeyindən oğurlanan iki tablo Fransada tapılıb

Editor

Renuar muzeyindən tablo oğurluğuna görə altı nəfər saxlanılıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP