U-20 yığması Qəbələdə Yaponiyanı məğlub edib
carci.news
Futbol

U-20 yığması Qəbələdə Yaponiyanı penaltilərlə keçib

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-20 futbol millisi yoldaşlıq oyununda Yaponiyanın eyni yaş qrupundan ibarət komandasını penaltilər seriyasında 5:4 hesabı ilə məğlub edib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qolsuz başa çatıb. Hesabın 0:0 bərabər qalması səbəbindən komandaların razılaşması əsasında qalib penaltilər seriyasında müəyyənləşib, burada Azərbaycan futbolçuları daha dəqiq olublar.

Bu, Azərbaycanın 20 yaşadək millisinin Qəbələdəki toplanış çərçivəsində ikinci yoldaşlıq oyunu olub. İlk matçda komanda Moldova yığması ilə üz-üzə gəlib və həmin görüşü 0:1 hesabı ilə uduzmuşdu.

Related posts

Azərbaycan millisi Litvanı məğlub edərək ilk qələbəsini qeydə alıb

Editor

Azərbaycan A millisi Tacikistanı 1:0 hesabı ilə məğlub edib

rashadamiraliyev

Mərc şübhəsi: Süper Liqa hakimi Yasin Kol polis tərəfindən tutulub

Editor

Şərh yazın

IP geolocation by DB-IP